Accessibility links

Cənubi Asiyada ölənlərin sayı 1400-ə çatıb


Cənubi Asiya rəsmiləri Mansun yağışları ucbatından didərgin düşmüş əhaliyə yemək çatdırmaq üçün helikopterlərdən istifadə edir.

Region boyu ölənlərin sayı isə artmaqdadır. Hindistan, Banqladeş və Nepalda təqribən 1400 adamın həlak olduğu və 20 milyon adamın evlərindən didərgin düşdüyü bildirilir.

BMT uşaq agentliyi UNİCEF bildirir ki, fəlakətin miqyası və zərərçəkənlərin sayının çox olması humanitar yardımı çatdırmaq istəyən hökumətlərin işini çətinləşdirib. Ən böyük ziyanın Hindistanın Assam, Bihar və Uttar Pradeş ştatlarına dəydiyi bildirilir. Qonşu Banqladeşin də yarısı su altındadır. Nepalda isə dağlarda qar uçqunları və sürüşmələr on minlərlə adamı didərgin salıb.

XS
SM
MD
LG