Rusiyanın dövlətə məxsus qaz monopoliyası Belarusun bu şirkətə borcunu ödədiyini bildirirb. Qazprom Belarusun neft kəməri operatoru Beltransqazın bu ilin birinci yarısında aldığı qazın son ödənişini bu gün etdiyini təsdiqləyib. Ötən həftə Rusiya 456 milyon dollarlıq borcun ödənməyəcəyi təqdirdə Belarusa verilən qazı kəsəcəyini bildirmişdi.
Lakin Minsk məbləğin 40 faizini ödədiyi üçün qaz təchizatında fasilə yaranmamışdı.