71 yaşlı İtaliya opera ulduzu Luçano Pavarotti öz doğma şəhəri Modenadakı xəstəxanada mədəaltı vəzin xərçəngindən əməliyyat olunub.
Xəstəlik onun 2006-cı il vida turunu yarımçıq kəsməyinə səbəb olmuşdu.
Milyonların sevdiyi tenor səsinin sahibi olan Pavarotti karyerası boyu BMT Qaçqınlar üzrə ali komissarlığı üçün milyonlarla dollar vəsaitin toplanmasına yardımçı olub.