Accessibility links

Henri Kissincer: Rusiyanın anti-raket sistemi haqda təklifini nəzərdən keçirməyə dəyər


Sabiq ABŞ Dövlət Katibi Henri Kissincer Amerika xarici siyasət sahəsinin ən tanınmış fiqurlarındandır. 84 yaşlı Kissincer prezidentlərə məsləhətlər vermiş, Harvard Universitetində tarix, diplomatiya və beynəlxalq münasibətlər sahəsində dərs demişdir. O, 1973-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Kissincer Cümə Axşamı Vaşinqton Post qəzetində Amerikanın raketdən müdafiə sistemi və ABŞ-Rusiya münasibətlərindən bəhs edib. Bu günlərdə Kissincer öz məqaləsi və başqa məsələlərlə bağlı Amerikanın Səsinə müsahibə verib.

Öz yazısında Rusiyanın raketdən müdafiə sistemini Azərbaycanda yerləşdirmək haqda təklifinin ətraflı araşdırmaya ehtiyac olduğunu bildirən cənab Kissincer ən böyük təhlükələrin başqa mənbələdrən qaynaqlandığını bildirib. Cənab Kissincerin fikrincə bu iki ölə arasında müəyyən fikir ayrılıqları olsa da bunun hərbi qarşıdurma müstəvisinə gəlib çıxacağı real deyil. Soyuq Müharibə haqda deyilənlər onu nəzərə almır ki, radikal cihad hərəkatı və terrorizm hər iki dövlət üçün daha böyük təhlükə törədir, nəinki onların öz milli maraqları. Düzdür, Rusiya Prezidenti Vladimir Putinin hərbi kəşfiyyatı gücləndirmək haqda bəyanatları və atdığı bəzi addımlar əməkdaşlıq ruhundan uzaqdır. Bununla belə, liderlər bu məzələlər haqda ciddi fikirləşməli və münasibətlərdəki müsbət prospektlərin mənfiləri üstələdiyini dərk etməlidirlər.

Rusiyanın anti-raket müafiə sistemi ilə bağlı verdiyi təklifin tarixi təşəbbüs və ya taktiki manevr olması haqda sualı cavablandıran Henri Kissincer burada hər iki elementin mövcudluğunu önə çəkib. Onun fikrincə liderlərin qabiliyyəti də məhz təklifi müsbət məcraya yönəltməkdədir. Başlıca sual nəyin daha böyük təhlükə olmasıdır. İslam fundamentalizminin vüsət aldığı bir erada nüvə proliferasiyasını sabiq Dövlət Katibi dünyada sülhə ən ciddi təhlükə hesab edir. Çünki hər hansı bir terror qrupunun atom bombasına yiyələnməsi təkcə Amerikanın və ya Qərbin problemi olmayacaq.

Vaşinqton Post qəzetindəki məqaləsində Kissincer yazır: “Tamamilə mümkündür ki, və ehtimal var ki, Kremlin anti-raket sistemi haqda təklifinin başlıca məqsədi bu sistemin Polşa və Çex Respublikasına yerləşdirilməsinin qarşısını almaqdır. Lakin bu çox təəssüfləndiric hal olardı. Çünki istənilən uğurlu danışıqlar İranla münasibətlər və qlobal problemləri perspektivə qoymalıdır. Ona görə də Rusiyanın təklifini dərindən araşdırmağa ehtiyac var: Bu sistem necə işləyəcək? Bu sistem xəbərdarlıqlara necə cavab verəcək? Başqa millətlərin maraqları bu layihəyə necə cəlb oluna bilər?"

Əgər bu suallara cavab tapılarsa onda sabiq ABŞ diplomatının fikrincə layihə sülhpərvər dünyanın yaradılmasına doğru böyük bir addım ola bilər. Və ən destruktiv silahlarla bağlı başlanılan debat əmin amanlığın qarantına çevrilə bilər, deyə cənab Kissincer bildirib.

XS
SM
MD
LG