Accessibility links

İran prezidenti Əfqanıstana səfər edəcək


Bu həftə İran prezidenti Mahmud Əhmədinejad iki il əvvəl prezident seçildikdən sonra ilk dəfə qonşu Əfqanıstana səfər etməlidir. İranın dövlət başçısı əfqan prezidenti Həmid Karzayla görüş keçirəcək. Rəsmilər səfərin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini deyirlər. Qeyd edək ki, Kabillə Tehranın münasibətləri 2001-ci ildə Talibanların hakimiyyətdən salınmasından sonra yaxşılaşıb. İran prezidenti həftə sonu Türkmənistana getməlidir. Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qırğızıstana da səfər edəcək.

XS
SM
MD
LG