Accessibility links

İraqda Əl Qaida hədəflərinə reydlər edilib


ABŞ hərbçilərinin məlumatına görə koalisiya qüvvələri İraqda Əl Qaida şəbəkəsinin liderlərinə qarşı aparılan əməliyyatda 2 terrorçunu öldürüblər. Mərkəsi və şimali İraqda keçirilən reydlərdə 16 terror şübhəlisi saxlanılıb. Bundan ayrıca Kərkük şəhərində baş verən bomba partlayışı 4 adamın həyatına son qoymuş, 34 nəfəri isə yaralamışdır. Bu arada ABŞ hərbi komandiri deyir ki, koalisiya qüvvələri İraqdakı qiyamçı hədəflərə çevik zərbələr vurmağı planlaşdırır. General leytenan Rey Odiernonun dediyinə görə gələn Apreldən başlayaraq ABŞ qüvvələrinin sayı İraqda azaldıla bilər. O, əlavə edib ki, təhlükəsizliklə bağlı durum yaxşılaşıb, lakin əldə olunan nailiyyətləri saxlamaq üçün daha çox iş görmək tələb olunur.
XS
SM
MD
LG