Accessibility links

Abdulla Gülün prezident seçilməsi üçüncü raunda qaldı


Türkiyə parlamenti prezident seçkilərinin ikinci raundunda səs verib, və prezidentliyə namizəd Abdulla Gül növbəti dəfə kifayət qədər səs ala bilməyib. Bu günkü səsvermədə Gül 337 səs alıb ki, bu, 550 yerlik parlamentin üçdə ikisindən 30 səs azdır. Onun səsvermənin 3-cü raundunda seçiləcəyi gözlənilir ki, bu dəfə sadə səs çoxluğu tələb olunur. Gülün mənsub olduğu İslam köklü Ədalət və İnkişaf Partiyası parlamentdə çoxluğa malikdir. Lakin seçilmək üçün tələb olunan səslər alınmır; belə ki, müxalifət partiyası səsverməni baykot edir. Dünyəvi Türklər ehtiyat edirlər ki, dindar müsəlman olan Gül konstitutisyada təsbit olunmuş dünyəvi prinsipləri sıradan çıxaracaq. Xarici İşlər naziri isə Türkiyənin dünyəvi sistemini qoruyacağını deyir.
XS
SM
MD
LG