Accessibility links

Israil f'ələstinli uşaqların ölümü ilə əlaqədar təəssüfləndiyini bildirib


İsrail ordusu Qəzza Zolağındakı raket qurğularının yanında oynayan üç fələstinli uşağın İsrail əsqərlərinin atəşi nəticəsində öldüyünü təsdiq edib. Bu gün hərbiçilərin nümayəndəsi bildirib ki, aparılan daxili araşdırmaların nəticələri uşaqların yaraqlılarla heç bir əlaqəsi olmadığını göstərib.

İsrail əsqərlərinin atəşi nəticəsində 10 və 12 yaşlı qardaşlar hadisə yerində ölmüş, onların qohumu, ağır yaralanmış yeniyetmə qız isə xəstəxanada ölmüşdür. Hadisədən sonra İsrail ordusu uşaqların ölümündən təssüfləndiyini bildirmiş və Fələstin yaraqlılarını öz əməliyyatlarına dinc əhalini cəlb etdiyinə görə ittiham etmişdir.

XS
SM
MD
LG