Accessibility links

Prezident Buş Bin Ladenin yeni video mesajına münasibətini bildirib


Prezident Buş deyib ki, Əl-Qaidə lideri Bin Ladenin video mesajı onu göstərir ki, bütün ölkələr terrorizmə qarşı mübarizəyə qalxmalıdırlar. Prezident Buş qeyd edib ki, Bin Ladenin demokratiyaya və qlobal iqtisadiyyatın inkişafı əleyhinə mesajı onun sözləri ilə desək, "bizim təhlükəli bir dünyada yaşadığımızı göstərir."

Bu gün Sidneydə Asiya-Sakit Okean Hövzəsi ölkələrinin sammitində çıxış edən cənab Buş deyib ki, bu, terrortəşkilatının İraqda özünə sığınacaq tapmaq uğrunda mübarizə apardığına işarədir.

Qeyd edək ki, üç ildən bəri ilk dəfə nümayış etdirilən video lentdə Əl-Qaidə lideri Amerika xalqını oradakı demokratiyadan əl çəkərək, İslamı qəbul etməyə çağırır. Birləşmiş Ştatlar rəsmiləri bu yeni video lentin həqiqi olduğuna inandıqlarını bildirmişlər.

XS
SM
MD
LG