Accessibility links

Iraqda Əl-Qaidə terrorçusu öldürülüb


ABŞ hərbiçilərinin bildirdiyinə görə, Bağdadın şimal və mərkəzi bölgələrində koalisiya qüvvələri tərəfindən Əl-Qaidənin bir terrorçusu öldürülüb, 8 şübhəli nəzarət altına alınıb. Eyni zamanda iki Amerika əsgərinin həlak olduğu xəbər verilir. Onların hər ikisinin də dünən, birinin Diyala vilayətindəki hərbi əməliyyat, digərinin isə Kərkükdə qeyri-hərbi insident zamanı öldürüldüyü bildirilir. Cənubda isə silahlı şəxslər tərəfindən şiə ruhani Ayətulla Əli Sistaninin yardımçısı öldürülüb.

XS
SM
MD
LG