Accessibility links

Cənubi Koreya prezidenti sabah Şimali Koreyaya səfər edəcək


Cənubi Koreyanın prezidenti Roh Mu-Hyun deyir ki, o, Şimali Koreya lideri Kim Conq İllə bu həftə keçiriləcək görüşdə bölünmüş Koreya yarımadasında daha daimi sülh şəraitinin yaranmasına çalışacaq. Görüş müzakirələri ciddi olsa, cənab Roh hərbi əlaqələrin inkişafı, sülh sazişi və hətta tərksilah danışıqları da aparmaq arzusundadır. Cənubi Koreya lideri sabah iki dövləti ayıran sərhəddi piyada keçərək şimala səfərinə başlayacaq. Sərhəddən Pxenyana isə o avtomobillə gedəcək. Cənab Rohu səhər Şimali Koreya parlamentinin sədri Kim Yonq Nam qarşılayacaq. Prezidentlərin görüşünün dəqiq vaxtı göstərilmir. Ancaq rəsmilərin sözlərinə görə, iki prezidentin Ariranq festifalına birgə gəlməsi gözlənilir.
XS
SM
MD
LG