Accessibility links

Tibb sahəsində Nobel mükafatı iki amerikalı və bir britaniyalı alimə verilib


2007-ci il tibb sahəsində Nobel mükafatı siçanlarda gen dəyişmələrinə dair araşdırmalara görə iki amerikalı və bir britaniyalı alimə verilib. Amerikalı alimlər Mario Kapeççi və Oliver Smitis və britaniyalı alim Martin İvansın tapıntıları siçanlarda genin hədəfə alınması kimi tanınan texnoloji üsulun yaradılmasına gətirib çıxarmışdır. Bu proses tibb elminə modifikasiya olmuş genlərin sağlamlıq və xəstəliklərə təsirini öyrənmək imkanı vermişdir. Tibb sahəsində Nobel mükafatı digər sahələrdə laureatların adlarından öncə açıqlanır. Gələn yeddi gün ərzində fizika, kimya, ədəbiyyat və iqtisadiyyat, habelə ən prestiji Nobel sülh mükafatının laureatlarının adları açıaqlanacaq. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor Nobel sülh mükafatını ala biləcək ən güclü namizədlərdən biri hesab edilir.
XS
SM
MD
LG