Accessibility links

Nobel sülh mükafatına ABŞ-ın sabiq vitse-prezidenti layiq görülüb


Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti Al Qor və BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Paneli 2007-ci il Nobel sülh mükafatına layiq görülüb. Norveçdə Nobel Mükafatları Komitəsi Gor və panelin bu mükafata insanların səbəb olduğu iqlim dəyişikliyinə diqqətləri cəlb etdirməsi və bununla mübarizə məqsədi ilə fondların təşkilinə görə layiq görüldüyünü bildirib. Al Qor dünyanın ətraf mühit siyasətçiləri arasında öndər adlanadırlıb. Sabiq vitse-prezident bu mükafata layiq görüldüyünə görə böyük qürur hissi keçirdiyini və mükafatı BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Paneli ilə bölüşdüyünə görə onun daha da dəyərli olduğunu bildirib.

XS
SM
MD
LG