Accessibility links

Ukraynada qaz partlayışı səbəbi ilə ölənlər var


Bu gün Ukraynanın paytaxtı Kiyevdən 600 km-lik məsafədə yerləşən Dnepropetrovsk şəhərində qaz partlayışı səbəbi ilə 9 nəfərin həlak olduğu bildirilir. Partlayış 10 mərtəbəli binanın bir hissəsini tamamilə dağıtmış, titrəyiş yaxınlıdakı binalarda hiss edilmiş, bir neçə binanın şüşələri sınmışdır. Hadisə nəticəsində 21 adamın xəsarət aldığı xəbər verilir. Qaz şirkətinin bildirdiyinə görə, partlayışa səbəb qaz sızması olub.

XS
SM
MD
LG