Bu gün kürd üsyançılarına qarşı İraqın şimalında həbri əməliyyatların təsdiqi üçün parlamentə təqdim ediləcək sənədin müzakirəsi məqsədi ilə Türkiyədə kabinet yığıncağı keçirilib. İndi sənəd parlamentə göndərilir. Hökumət kürd qiyamçılarının Türkiyənin cənub-şərq bölgəsinə hücumlarından sonra təzyiqlər altındadır. Türk qüvvələri şənbə günü gecə İraqın Dahuk vilayətini arteleriya atəşinə tutmuşdu. Tələfat barədə məlumat verilmir. ABŞ rəsmiləri Türkiyəni kürd üsyançılara qarşı əməliyyatların Amerika və İraq qüvvələri ilə koordinasiya edilməsini tövsiyə edir. Belə ki, Amerikanı Türkiyənin hərbi əməliyyatlarının nisbətən sakit kürd regionunda sabitsizliyə yol aça biləcəyi narahat edir.