Accessibility links

Rusiya prezidenti ABŞ-ın İraqda apardığı müharibəni tənqid edib


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sürdürdüyü İraq müharibəsini tənqid edib və deyib ki, Birləşmiş Ştatlar qüvvələrin çıxarılmasının dəqiq vaxtını bildirməlidir. Cənab Putinin sözlərinə görə, dəqiq vaxtın göstərilməsi İraq rəhbərlərinin öz təhlükəsizlik qüvvələrini qurmasına səbəb olacaq. Rusiya prezidenti bu açıqlamanı hər il təşkil edilən vətəndaşlarla radio - televiziya canlı bağlantısında verib. Prezident əlavə edib ki, İraq müharibəsi Rusiya kimi varlı dövlətlərin özlərini müdafiə etmək üçün hərbi qüvvələrini qurmaq ehtiyacını göstərir. “Öz ərazisində və dünyanın başqa regionlarında maraqlarını qorumaq üçün Rusiya kifayət qədər güclüdür.”-deyə cənab Putin bildirib. Kreml son 6 ildə təşkil edilən illik sual-cavab sessiyasında Putinə milyondan çox sualın ünvanlandığını deyir.
XS
SM
MD
LG