ABŞ prezidenti Corc Buşun baş prokuror vəzifəsinə nominasiyasını irəli sürdüyü Maykl Mukasinin işgəncə ilə bağlı sualı cavablandırmaması demokrat qanunvericilərin narahatlığına yol açıb. Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verən Mukasi müəyyən sorğu-sual metodlarının işgəncə hesab edilib-edilməməsi sualını cavabsız qoymuşdu. Bunlara boğulma simulyasiyası daxildir. Buş administrasiyası terrorizmdə şübhələnilənlərə qarşı bu üsullardan istifadə edildiyinə görə təzyiqlər altındadır. Ədliyyə Komitəsinin rəhbəri Vermont ştatından demokrat senator Patrik Lehi yekun səsvermədən öncə Maykl Mukasinin yazılı ifadə verməsini tələb edib. Ağ Ev baş prokurorluğa namizədin cavabdan imtina etməsini müdafiə edərək, onun məsuliyyətli olduğunu bildirib.