Accessibility links

Kosovonun statusuna dair danışıqlar davam edir


Avropa, Rusiya və Amerika müzakirəçiləri Kosovonun gələcək statusuna dair danışıqların üçüncü raunduna başlayıb. Görüşdə Serbiya və Kosovonun nümayəndələri iştirak edir. Görüşdən öncə Avropa İttifaqının vasitəçisi Volfqan İşinger müxbirlərə bildirmişdi ki, Vyana danışıqları zamanı razılıq layihəsinin 14 maddəsi müzakirəyə çıxarılcaq. Qərbin xəbər agentlikləri yeni təkliflərin BMT-nin xüsusi nümayəndəsi Marti Ahtisarinin irəli sürdüyü plana uyğun olduğunu bildirir. Xəbərlərdə deyilir ki, sənəddə Kosovonun müstəqillik tələbləri açıq şəkildə göstərilməsə də, albanlar serblərin vilayətdə fiziki mövcudluğunun olmayacağında əmin edilir.

XS
SM
MD
LG