Accessibility links

İran prezidentinin Ermənistana səfərinə reaksiyalar


İran prezidenti Mahmud Əhmədinəjadın Ermənistana səfərini yarımçıq qoyub vaxdından əvvəl Tehrana qayıtması haqqında müxtəlif şərhlər verilsə də bunun əsas səbəbi öyrənilməyib. Buna baxmayaraq İran prezidentinin Yerevandakı, soyqırım abidəsinə getmədiyi hətda özünə fəxri doktorluq ünvanı veriləcək üniversitetdə də olmadığı müxtəlif mənbələr tərəfindən təstiq edilib. \

ABŞ Dövlət Departamenti İran prezidenti Mahmud Əhmədinəjadın Ermənistana səfəriylə əlaqədar aşağıdakı bəyanatı verib. Ermənistanın İrandan qaz satın alması məsələsi nəzərdə tutulan bəyanatda deyilir ki, biz bu layihə ilə əlaqədar narahatlığımızı Ermənistan hökumətinə dəfələrlə bildirmişik. Sənəddə qeyd edilir ki, Tehran indiki və qarşıdurmanı əsas götürən xətdini dəyişmədiyi müddətdə beynəlxalq ictimaiyyət İrana yanaşma tərzində heç bir problemin mövcud olmadığı kimi hərəkət etməməlidir. İran isə sabitliyi pozan hərəkətləri, o cümlədən, nüvə proqramını Beynəlxalq Atom Enerjisi Agentliyindən gizlətmək və terrorçu qrupları himayəyə davam etmək kimi addımlarıyla beynəlxalq icmanın narahatlıqlarına əhəmmiyyət verməməyə davam edir.

Bu arada Yaxın Şərq üzrə Vaşington institutunun eksperti Patrik Klausen deyir ki, İran qazının Ermənistana ixrac edilməsi yeni bir hadisə deyil ona görəki bu ilin əvvəllərində artıq qaz kəmərinin tikilməsi başa çatmış və kəmər istifadəyə verilmişdi. Cənab Klausen qeyd edir ki, Mahmud Əhmədinəjadın səfəri əsas olaraq formal xarakter daşıyır.

İranın Azərbaycan və Ermənistanla bağlı siyasəti haqqında sualımıza cavabında isə cənab Kalusen bunları söyləyib: “İranın Ermənistanın tərəfini saxladığı barədə şübhəyə yer yoxdur. İran eyni zamanda Ermənistanı silahla təmin edib, bu ölkəni maliyyə və siyasi cəhətdən dəsdəkləyib. Bütün bunlara baxmayaraq, qaz sövdələşməsi iqtisadi cəhətdən ağlabatandır. O Ermənistanın İranla qaz sövdələşməsi barədə ABŞ-ın mövgei haqqında deyib: “Birləşmiş Ştatlar Ermənistanın İrandan qaz satın almasından məmnun olmayacaq ancaq Ermənistanın qaz satın almaq üçün o qədər də çox seçimi yoxdur.” Cənab Klausen deyib ki, Birləşmiş Ştatlar məmnun olmasa da Ermənistanın belə bir sövdələşməyə getməsinin səbəbini başa düşmək olar.

XS
SM
MD
LG