Accessibility links

İraqla sərhəddəki PKK mövqeləri hədəf alınıb


Türkiyə rəsmiləri bildirirlər ki, bazar günü İraqla sərhəddə 12 türk əsgərini qətlə yetirilən kürd ysyançılarının mövqeləri ordu tərəfindən hədəf alınıb. Rəsmilər kürd üsyançılarının düşərgəsini bombardman edilməsini hərbiçilərin pusquya salınmasına görə edildiyini deyirlər.

Dünən İraqın baş naziri Nuri Əl-Maliki PKK-nı terrorçu təşkilat adlandıraraq, onun İraqdakı bütün fəaliyyətlərinin dayandırılması barədə sərəncam berib. İraq eləcə də bu məsələ ilə əlaqədar Türkiyəyə yüksək səviyyəli nümayəndəsini göndərib.

Dünən Türkiyənən baş naziri Rəcəp Teyyib Ərdoğan Londonda deyib ki, Ankaranın İraqın PKK-nın fəaliyyətini dayandırmasını ömürlük gözləmək fikri yoxdur. Londonun baş naziri Qordon Braun Türkiyəni dəstyəkləyəcəyinə söz verib.

XS
SM
MD
LG