Accessibility links

İran uranın zənginləşdirilməsi prosesini davam etdirmək niyyətindədir


İranın Milli Təhlükəsizlik idarəsinin rəsmisi deyib ki, İran Tehrana qarşı daha artıq BMT sanksiyaları təhlükəsinə baxmayaraq, uranın zənginləşdirilməsi prosesini davam etdirəcək. İranın nüvə danışıqlarında nümayəndəsi Cavad Vaedi cümə günü deyib ki, Tehran özünün beynəlxalq təəhhüdlərini yerinə yetirir və Beynəlxalq Atom Enerjisi agentliyinin tələblərinə əməl edir. Birləşmiş Ştatlar da daxil olmaqla, dünyanın altı qüdrətli dövləti Beynəlxalq Atom Enerjisi agentliyinin bu ayın sonu açıqlayacağı hesabatını gözləməyərək, İrana qarşı sansiyaların üçüncü raundunu tətbiq etmək haqda razılığa gəliblər. Onlar Tehranı nüvə proqramında daha şəffaf olmağa çağırırlar.
XS
SM
MD
LG