Accessibility links

ABŞ Çini İrana təzyiq göstərməyə çağırıb


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Çini təcili olaraq İrana nüvə proqramı ilə bağlı təzyiq göstərməyə çağırıb. O deyib ki, Yaxın Şərqdə stabilliyin pozulması Pekinə də öz təsirini göstərəcək. Bu gün Pekində müxbirlərlə söhbəti zamanı cənab Geyts deyib ki, dünən Çin rəsmiləri ilə keçirdiyi görüşlər zamanı bu məsələ geniş müzakirə edilmişdir. Qeyd edək ki, Çin neftin çox hissəsini İrandan alır və ona görə də BMT-nin uran zənginləşdiriliməsi ilə əlaqədar İrana qarşı qoyduğu sanksiyaların əleyhinədir.

Çinin xarici işlər nazirliyinin sözçüsü bu gün bildirib ki, Birləşmiş Ştatlar kimi Pekin də İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Lakin o deyib ki, məsələni İranla danışıqlar yolu ilə həll etmək olar.

XS
SM
MD
LG