Iraq hərbi qüvvələrinin bildirdiyinə görə, Bağdadın şimalındakı Haşimiyyət kəndi yaxınlığındakı kütləvi məzardan 17 çürümüş insan cəsədi tapılıb. Rəsmilər deyirlər ki, cəsədlərin kimlərə məxsus olduğu və ölümün səbəbləri hələ müəyyən edilməyib. Lakin cəsədlərin çürümə prosesindən məlum olub ki, onlar artıq bir neçə ay bundan əvvəl basdırılıb.
Birləşmiş Ştatlar hərbi rəsmiləri İraq hərbiçiləri tərəfindən dünən də Ənbar vilayətinin Tər-Tər Gölü regionundakı kütləvi məzardan daha 22 cəsəd aşkar edildiyini bildirirlər. Digər bir xəbərdə isə deyirlir ki, Bəsrə şəhəri polis idarəsinin rəisi, general-mayor Əbdül Cəlal Xələf yol kənarına yerləşdirilmiş bomba partlayışından xilas ola bilib. Qeyd edək ki, son bir həftə ərzində bu, ona qarşı ikinci sui-qəsd cəhdidir.