Accessibility links

BMT nümayəndəsi İbrahim Qənbərinin Birmaya səfəri başa çatdı


BMT-nin xüsusi nümayəndəsi İbrahim Qəmbəri Birmaya altı günlük səfəri zamanı həbsdə olan müxalifət lideri Aunq San Suu Kyi ilə ölkənin hərbi rəhbərləri arasında dialoqa yol açıldığını deyib. Qəmbəri bu gün Suu Kyi ilə Ranqunda dövlət qonaq evində görüşəndən sonra Birmaya səfərinə yekun vurub. Görüşdən sonra Qəmbəri xanım Kyi ilə hökumət arasında danışıqlar prosesinin başladığını deyib. Lakin dünən Birma liderləri Qəmbərinin hərbi liderlər, xanım Kyi və BMT nümayəndəsi arasında üçtərəfli danışıqlar təklifini rədd etmişdilər. Bu, Birmada sentyabr zorakılıqlarından sonra Qəmbərinin ölkəyə ikinci səfəridir.
XS
SM
MD
LG