Pakistan müxalifəti prezident Pərviz Müşərrəfi ölkədə föqəladə vəziyyəti ləğv etməyə çağıraraq, belə bir şəraitdə qarşıdan gələn parlament seçkilərinin heç bir mənası olmayacağını deyirlər.
Sabiq baş nazir Benəzir Bhutto dünən deyib ki, fövqəladə vəziyyət seçki kampaniyasını çətinləşdirəcək. Xanım Bhutto sabah, çərşənbə axşamı fövqəladə vəziyyətə qarşı Lahorda etiraz yürüşü keçirməyi planlaşdırır.
Birləşmiş Ştatların ABC televiziya kanalında çıxış edən dövlət katibi Kondaliza Rays general Müşərrəfin parlament seçkilərinin yanvar ayının 9-da keçirilməsi və ali baş komandan vəzifəsindən istefa verəcəyi barədəki qərarlarını alqışladığını bildirmişdir. Xanım Rays demişdir ki, Pakistandakı vəziyyət bir o qədər yaxşı olmasa da, Birləşmiş Ştatlar bu Cənubi Asiya ölkəsinin dostu və müttəfiqidir.