Accessibility links

Dövlət katibinin müavini Pakistan prezidenti ilə görüşüb


Pakistan prezidenti Pərviz Müşərrəf ABŞ Dövlət Katibinin müavini Con Neqraponteyə parlament seçkilərinin dinc atmosferdə keçməsi üçün fövqəladə vəziyyətə ehtiyac olduğunu deyib. Pakistana gələn Birləşmiş Ştatların yüksək vəzifəli rəsmisi Neqraponte, paytaxt İslamabadda general Müşərrəflə 2 saatdan çox danışıqlar aparıb. ABŞ rəsmiləri görüş haqda heç bir açıqlama verməyib. Neqrapontenin prezidenti fövqəladə vəziyyəti ləğv etməyə və yanvarın əvvəlində keçirilməsi gözlənilən seçkilərin demokratikliyinə zəmanət verməyə çağırması gözlənilirdi. Pakistan rəsmilərinin sözlərinə görə, ordu komandirinin müavini General Asfaq Kayani də görüşdə iştirak edib. Onun General Müşərrəf hərbi vəzifəsini təhvil verib ikinci prezidentlik dönəminə başlamasından sonra ordu rəhbəri olacağı gözlənilir. Günün sonuna kimi Neqraponte Pakistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə də danışıqlar aparmalıdır.
XS
SM
MD
LG