Əfqanıstanın Uruzqan vilayətində Taliban yaraqlıları ilə koalisiya qüvvələri arasında baş verən toqquşma zamanı 50-dən çox yaraqlı öldürülüb. İnsident dünən Karçino ərazisində hava və qurudan hücumların müşayiətilə baş verib. Rəsmilərin sözlərinə görə, 5 Taliban yaraqlısı Dihravudda baş verən toqquşma zamanı həlak olub.
BMT rəsmisi Luis Arbor mülki vətəndaşların ölümü səbəbilə hər iki tərəfi - Taliban yaraqlılarını və beynəlxalq qüvvələri tənqid edib. Dünən Kabildə mətbuat konfransında Arbor, NATO qüvvələrinin əməliyyatları nəticəsində mülki vətəndaşlar arasında ölüm hallarının artdığını deyib. O, Taliban yaraqlılarını mülki vətəndaşları bilərəkdən hədəfə almaqda ittiham edib.