Pakistanın sabiq baş naziri Benazir Bhutto bu gün seçki kampaniyasına başlayaraq, seçicilərə müraciət etmək üçün ölkənin şimal regionuna səfər edib. Səfər çərçivəsində Peşavar şəhərinə baş çəkən xanım Bhutto Afqanıstanla sərhəd boyunca yaşayan etnik paştunlara təhlükəsizlik və sülh gətirəcəyinə söz verib. Şimal sərhəd vilayətinin paytaxtının böyük bir hissəsi islamçı qrupların nəzarəti altındadır. Dünən sabiq baş nazir rəhbəri olduğu Pakistan Xalq Partiyasının gələn il yanvarın 8-də keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib. Bhuttonun sözlərinə görə, o, hələ də geri çəkilə və sabiq baş nazir Nəvaz Şərifin başçılıq etdiyi etiraz baykotuna qoşula bilər.