Türkiyə ordusu İraqla sərhəddə ən azı 14 kürd yaraqlısını öldürüb. Ordu sözçüsü bildirir ki, digər səkkiz yaraqlı cənub-şərq vilayəti olan Şırnakda qətlə yetirilib. Dünən isə insident zamanı 6 kürd seperatçısı və bir türk əsgəri həlak olmuşdu. Rəsmilərin sözlərinə görə, yaraqlılar oktyabrın 7-də Şırnakda 13 türk əsgərin ölümündə məsuliyyət daşıyan qrupun bir hissəsidir. O hücum Türkiyənin PKK yaraqlılarına qarşı mümkün hərbi əməliyyatları üçün İraqla sərhəd boyu 10 minlərlə qoşun yerləşdirməsinə təkan vermişdi. Rəsmi Ankara PKK-nı İraqdakı bazalarından Türkiyəyə qanlı hücumlar etməkdə günahlandırır.