Accessibility links

Rusiya və ABŞ rəsmiləri gələn həftə Macarıstanda görüşür


ABŞ və Rusiya bu həftənin sonunda Macarıstan paytaxtı Budapeştdə raketdən müdafiə ilə bağlı yüksək səviyyəli danışıqlar aparacaqlar. ABŞ Dövlət Departamenti dünən bəyan edib ki, rəsmi Vaşinqton Yaxın Şərqdən qaynaqlana biləcək təhlükələrin qarşısını almaq üçün Rusiya ilə fikir mübadiləsi aparmaqda davam edəcək. Bəyanatda həmçinin raketdən müdafiə sistemində şəffaflığın və qarşılıqlı inamın təmin olunması üçün müzakirələr aparılması təklif olunur. Cümə axşamı başlayacaq danışıqlara Amerika tərəfdən Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə yardımçısı Con Rud başçılıq edəcək. Rusiya nümayəndə heyətini isə xarici işlər nazirinin müavini Sergey Kislyak təmsil edəcək.
XS
SM
MD
LG