Accessibility links

Musa Qalada 50 yaraqlı öldürülüb


NATO qüvvələri Əfqanıstanın Musa Qala şəhərində keçirdiyi hava hücumu nəticəsində 50-dən çox Taliban yaraqlısını öldürüb. Ölkənin müdafiə nazirliyi bildirib ki, Sanqin rayonunda öldürülənlər arasında 3 Taliban komandiri və 3 əcnəbi yaraqlı da olub. Helmənd vilayətində baş verən bu insident zamanı heç bir mülki vətəndaşın həlak olmadığı bildirilib. Ərazidə döyüş əfqan və NATO qüvvələrinin keçən bazar Musa Qala ətrafına yerləşdirilməsindən sonra başlayıb. Yaraqlılar qonşu Sanqin rayonuna qaçaraq, döyüşü orda davam etdiriblər. Bu gün Əfqanıstanda olan başqa zorakılıq faktı zamanı intiharçının hücumu nəticəsində bir mülki vətəndaş ölüb, iki əsgər isə yaralanıb. İntiharçı avtomobili Qəndəhar şəhərində əfqan hərbi konvoyu yaxınlığında partladıb.
XS
SM
MD
LG