Accessibility links

Mahmud Abbas hökumətinin məsləhətçisi oğurlanıb


Fələstinlilərin prezidenti Mahmud Abbasın hökumətinin yüksək səviyyəli məsləhətçisi Həmasın nəzarəti altında olan Qəzza zolağında naməlum silahlılar tərəfindən oğurlanıb. Fətah rəsmiləri deyir ki, Ömər Əl-Gül İordan çayının qərb sahilindən Qəzzadakı evinə gələndən bir neçə saat sonra bu gün səhər yaraqlılar onu oradan götürüblər. Gül baş nazir Salam Fəyyadın məsləhətçisidir. Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürən olmayıb. Verilən başqa xəbərdə, səhiyyə rəsmiləri bildirirlər ki, Qəzzada dəfn mərasimində baş verən partlayış zamanı 2 nəfər həlak olub, 35 nəfərsə yaralanıb.

XS
SM
MD
LG