Accessibility links

Bu gün Banqladeşdə müstəqillik günüdür


Bu gün Banqladeşdə Pakistandan müstəqillik əldə edilməsinin 36-cı ildönümünü qeyd edilir. Minlərlə insan paytaxt Daka yaxınlığındakı müharibə abidəsi Savara toplaşaraq, müstəqillik uğrunda həyatlarından keçənlərin məzarı önünə əklillər qoyub. Banqladeşin azadlıq mübarizəsinə Hindistan qüvvələri yardım etmiş və 1971-ci ildə bu ölkə müstəqllik əldə etmişdi. Həmin il 3 milyona yaxın insan həlak olmuşdu. Bu gün Qələbə günü Banqladeşdə rəsmi bayramdır.

XS
SM
MD
LG