İraq parlamenti Türkiyənin İraqın şimalında kürd regionunda hava hücumları keçirməsini İraqın suverenliyinin pozulması kimi qiymətləndirərək qınayıb. Türkiyə bildirib ki, hücumların hədəfi PKK yaraqlılarının bazaları olub. Lakin İraq kürdlərinin rəsmiləri bir neçə kənddə böyük dağıntıların olduğunu və bir mülki şəxsin öldüyünü bildiriblər. Yaraqlılar beş döyüşçünün öldüyünü deyiblər. İraq Xarici işlər naziri Xoşyar Zebarinin sözlərinə görə, göründüyü kimi, Türkiyənin hava hücumları düzgün informasiyaya əsaslanmayıb, belə ki, mülki əhaliyə zərər dəyib. O əlavə edib ki, Ankara İraqın daxilində yaraqlılara qarşı hücumları Bağdad hökuməti ilə əlaqələndirməlidir.