Accessibility links

Böyük Britaniyanın Rusiyadakı elçisi rəsmi Moskvaya xəbərdarlıq edib


Britaniyanın Rusiyadakı elçisi Moskvaya xəbərdarlıq edib ki, Moskvanın 2 Britaniya mədəniyyət mərkəzini bağlaması Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlərə xələl gətirə bilər. Səfir Antoni Brenton "İnterfaks" xəbər agentliyinə bildirib ki, birlik Rusiya ilə tərəfdarşlıq razılığının qəbul edilməsini ləngidə bilər. Amma o, əlavə edib ki, London Rusiya-Avropa Birliyi danışıqlarını dayandırmağa çalışmayacaq. Bu ayın əvvəlində Rusiya Britaniyanın Sankt Peterburq və Yekaterinburqdakı Britaniya Konsulluğunun idarələrini bağlamaq haqda götəriş vermişdi. Rus hökuməti vergi qanunlarını bu əməlinə əsas gətirmişdi. Avropa Birliyi Rusiyanı qərarını dəyişməyə çağırıb.

XS
SM
MD
LG