Accessibility links

İran gələn ilin ortalarından nüvə elektrik stansiyasını işə salacaq


İran ölkədə ilk nüvə elektrik stansiyasının 2008-ci ilin ortalarında işə salınacağını bildirib. İranın xarici işlər naziri Mənüçöhr Möttəki dövlətin nəzarətində olan mətbuat orqanına bildirib ki, Buşehr nüvə elektrik stansiyası 50 faiz həcmdə gələn il fəaliyyət göstərməyə başlayacaq. Möttəki bu açıqlamanı dünən Rusiyadan İrana stansiya üçün ikinci dəfə yanacaq gətirilməsindən sonra verir. İlk partiya isə dekabrın 17-də İrana gətirilmişdi. İran rəsmilərinin sözlərinə görə, ölkə qarşıdakı 20 ildə nüvə enerjisi vasitəsilə 20 min meqavat elektrik istehsal etmək istəyir. Rusiyanın İrana yanacaq vermək barədə qərarı bu ayın əvvəlində ABŞ kəşfiyyatının İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığı deyilən hesabatından sonra açıqlanmışdı. İran isə heç vaxt nüvə silahı fəaliyyəti ilə məşğul olmadığını bidlirir.
XS
SM
MD
LG