Accessibility links

Bu gün Nyu Həmpşirdə debat keçiriləcək


ABŞ prezidentliyinə Demokrat və Respublikaçıların namizədləri bu gün şimal-şərb ştatı Nyu Həmpşirdə debat keçirəcək. Nyu Həmpşir seçkiləri nominasiya səsverməsində növbəti əsas ştatdır. Ayova səsverməsində demokrat Barak Obama və respublikaçı Mayk Hakabinin böyük üstünlüklə qələbəsindən sonra bu, ilk debat olacaq. İllinoysdan birinci müddətdə senator olan Obama Şimali Karolinadan senator Con Edvards və Nyu York senatoru Hillari Klintonla mübarizədə Ayovada əldə etdiyi qələbəni qorumağa çalışacaq. Arkansasın sabiq qubernatoru Hakabi də partiya həmkarları Mitt Romni və Arizonadan senator Con Makkeynin mübarizəsi ilə qarşı-qarşıyadır.
XS
SM
MD
LG