Accessibility links

ABŞ Dövlət Departamentinin sözçüsü İranın dini liderinin  dediklərinin iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcəyini deyib


ABŞ Dövlət Departamentinin sözçüsü Deyvid Foli İranın dini liderinin dediklərinin iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcəyini deyib. "Amerikanın səsi"nə müsahibə verən nümayəndə bunun diplomatik əlaqələrin bərpası ehtimalını artırdığını deyib. Xatırladaq ki, İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi Tehranın ABŞ-la diplomatik münasibələrini bərpa edəcəyini bildirib. O deyib ki, İranın mənafeyinə uyğun olmadığı üçün hazırkı an müvafiq vaxt deyil. Xameneyi bildirib ki, Amerika ilə münasibətlərin bərpası İran siyasətinin əsasını təşkil edən amillərdən biridir. İranın ali ruhani rəhbəri ABŞ-la əlaqərin indi bərpa edilməsinin İrana ziyan vura biləcəyini deyib.

XS
SM
MD
LG