Accessibility links

ABŞ prezidenti Corc Buş dünyanı İrana qarşı birləşməyə çağırıb


ABŞ prezidenti Corc Buş İranı terrora sponsorluq edən ölkə adlandırıb və Birləşmiş Ştatların Körfəz regionundakı müttəfiqlərini nə qədər ki, gec deyil, bu təhlükənin qarşısında dayanmağa çağırıb. Birləşmiş Ərəb Əmirliklərində olan cənab Buş Yaxın Şərqə 9 günlük səfərinin əsas müraciəti zamanı bu şərhləri verib. Prezidentin sözlərinə görə, İran dünyanın hər yerinə ekstremistlər üçün 100 milyonlarla dollar göndərir və bu da ölkələrin təhlükəsizliyinə hədə törədir. Ağ Ev sahibi nitqinin bir hissəsini İran əhalisinə ünvanlayıb. O, İran hökumətinin onların yaxşı yaşaması üçün imkanlar yaratmadığını deyib. O rəsmi Tehranı əhalisi qarşısında məsuliyyətli olmağa çağırıb. Prezidentin nitqinin əsas hissəsi isə azadlıq və demokratiyaya həsr olunub.
XS
SM
MD
LG