Accessibility links

Yəməndə nümayiş zamanı 2 etirazçı həlak olub


Yəmənin cənubunda hökumətn əleyhinə keçirilən nümayişin şahidləri zorakılıq zamanı ən azı 2 nəfərin öldüyünü, 13 etirazçının isə yaralandığını deyirlər. Zor tətbiq edilməsinin səbəbi mübahisəlidir. Polis nümayişçiləri dağıtmaq üçün havaya atəş açmadığını bildirib. Bəzi etirazçılar polisin dinc nümayişçilərə atəş açdığını deyir. Minlərlə insan ölkənin cənubundakı Ədən limanında dövlətdən yardım tələbi ilə toplaşmışdı. Yəmənin cənubluları 1994-cü ildə şimalla vətəndaş müharibəsindən sonra ayrıseçkiliyə məruz qalır.
XS
SM
MD
LG