Accessibility links

Gürcüstanda müxalifətin mitinqi keçirilir


Gürcüstanın müxalifət liderləri və onların on minlərlə tərəfdarı bu gün Tbilisidə yürüş keçiriblər. Onlar son prezident seçkilərində saxtakarlıqlara yol verilməsinə etiraz edirlər. Bu gün səhər mübahisəli seçkilərin son nəticələrini açıqlayan Gürcüstanın seçki rəsmiləri Mixail Saakaşvilinin 53 faiz səslə yenidən prezident seçilməsini təsdiq ediblər. 50 faizlik səs kvotasını adlamaqla cənab Saakaşvili 7 namizəd arasında ikinci yerdə olan müxalifət lideri Levan Qaçeçiladze ilə seçkilərin ikinci turunda yenidən mübarizə aparmağa şərait yaratmayıb. Bu günkü nümayişdə çıxış edən Qaçeçiladze tərəfdarlarını prezidentin inaqurasiyasını baykot etməyə və ikinci turun keçirilməsini tələb etməyə çağırıb. O, prezidenti müxalifətin tələbləri qəbul edilməyənədək etiraz aksiyaları keçirəcəkləri ilə təhdid edib. Beynəlxalq müşahidəçilərsə seçkilərin ədalətli və azad keçdiyini bəyan edib.
XS
SM
MD
LG