Pakistan prezidenti Pərviz Müşərrəf xəbərdarlıq edib ki, parlament seçkiləri zamanı iğtişaş törətməyə çalışanlara güllə atılacaq. Dünənki çıxışında cənab Müşərrəf bildirib ki, o, reyncerlərə və orduya fevralın 18-də səsverməni pozmağa çalışanlara qarşı ölümcül ölçü tətbiq etmək əmri verib. Səsvermə ilk öncə bu ayın əvvəlində təyin edilmişdi. Lakin müxalifət lideri Benəzir Bhuttonun dekabrın sonunda qətlə yetirilməsindən sonra seçkilər təxirə salındı.
Bu arada Pakistanın anti-terrorizm məhkəməsi 2002-ci ildə prezident Müşərrəfə sui-qəsd etməyə cəhd edən 3 İslamçı militantı ömürlük həbs cəzasına məhkum edib. Onlar cənubi Karaçi şəhərində cənab Müşərrəfin maşın karvanının partlatmaq istəyərkən yaxalanmışdılar.