Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kosovo vilayətinin statusu məsələsinə də toxunub. O, xəbərdarlıq edib ki, Serbiyadan ayrılmaq istəyən Kosovo vilayətinin müstəqillik əldə etməsi bütün dünya üzrə separatçı hərəkatlara nümunə ola biləcək bir presedent yarada bilər. Rusiya Serbiyanın Kosovo üzərində suverenliyini saxlamaq istəyini dəstəkləyir. Lavrov deyib ki, Kosovonun müstəqilliyi Gürcüstan və Moldovada Rusiyaya tərəfdar regionlar daxil olmaqla, dünyanın 200-dən artıq bölgəsində separatçı hərəkatları qızışdıra bilər. Kosovonun etnik anklavının bir neçə həftə ərzində öz müstəqilliyini elan edəcəyi gözlənilir.