Accessibility links

Keniyada siyasi qarşıdurma davam edir


BMT-nin sabiq baş katibi Kofi Annanın Keniyada siyasi barışığa vasitəçi kimi təyin etdiyi şəxs onun müxalifət-yönümlü olması haqda ittihamlar irəli sürüldükdən sonra, prosesdən uzaqlaşdığı dilə gətirib. Cənubi Afrikalı biznesmen Kiril Ramafoza cənab Annana danışıqlarda kömək etmək üçün Nairobiyə gəlmişdi. Ramafozanın prosesdən çıxmasının danışıqlara necə təsir göstərəcəyi aydın deyil. Dekabrda Prezident Mvai Kibakinin yenidən prezident seçilməsindən sonra Keniyada zorakılıqlar vüsət alıb. İndiyədək iğtişaşlarda 900-ə yaxın adamın öldüyü xəbər verilir. Müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Cənab Annan dünən tərəflərin barışığa inandığını bildirib.

XS
SM
MD
LG