Accessibility links

ABŞ kəşfiyyatının direktoru potensial təhlükələri göstərir


Birləşmiş Ştatlar kəşfiyyatının direktoru Mayk Makkonnel İraqda Əl-Qaidə qrupunun öz mənbələrini xaricdə hücumlar üçün səfərbər etməsindən narahatlığını bildirib. Mayk Makkonnel bu xəbərdarlığı ABŞ qanunuvericilərinə potensial təhlükələrə dair hər il qiymət verilərkən dilə gətirib. Bununla yanaşı, o deyib ki, son kəşfiyyat məlumatlarına görə, Əl-Qaidənin 100-dən artıq üzvü başqa ölkələrdə terror şəbəkələri yaratmaq məqsədilə İraqı tərk edib. Makkonnel deyib ki, ABŞ hərbi qüvvələri İraqda Əl-Qaidəyə zərbələr endirib. Onun sözlərinə görə, Əl-Qaidə Pakistanın qəbilələrin yaşadığı ərazilərdən Pakistan, Yaxın Şərq, Afrika ölkələri və Birləşmiş Ştatlara qarşı hücumlar həyata keçirmək üçün fəallara təlim verilməsində istifadə etməyə davam edir.
XS
SM
MD
LG