Accessibility links

Avropa Birliyi və Serbiya yardım və ticarətə dair paktın imzalanmasını təxirə salıb


Avropa Birliyi Serbiya ilə sabah imzalanacaq yardım və ticarət paktını təxirə salıb. Buna səbəb Kosovo vilayətinin müstəqillik əldə etməsi ilə əlaqədar Belqraddakı siyasi mübarizədir. Birliyin genişlənmə komissarı Olli Rehnin sözlərinə görə, Serbiya baş naziri Vojislav Koştuniça Avropa Birliyinin Kosovo üçün administrativ missiya və polis hazırlanması qərarına etiraz olaraq, razılaşmanın qarşısını alıb. Bu gün Brusseldə Rehn yardım və ticarət razılaşmasnının açıq qaldığını söyləyərək, hadisədən təəssüfləndiyini dilə gətirib. Cənab Koştiniça dünən bu paktı bir tələ adlandırıb və hökuməti Kosovonun müstəqilliyini bəyan etməsindən sonra onu tanımağa məcbur etmək məqsədi daşıdığını deyib.

XS
SM
MD
LG