Accessibility links

Rusiya prezidenti ölkənin qarşıdakı 12 ildəki gözləntilərindən danışıb


Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO-nu ölkənin sərhədlərinə doğru hərbi cəhəddən genişlənməyə görə tənqid edərək deyib ki, rəsmi Moskva yeni təhdidlərə öz silah sistemini müasirləşdirməklə cavab verəcək. Bu gün Kremldə danışan cənab Putinin sözlərinə görə, dünyada yeni silah yarışının başlaması aydın görünür. Ancaq o, Rusiyanın buraya daxil olmayacağını dilə gətirib. Rusiyanın qarşıdakı 12 ilinin görüntüləri barədəki çıxışında cənab Putin bir çox başqa mövzulara da toxunub. Kürsüdə olduğu müddətdə əldə etdiyi nailiyyətlərə də müraciət edən prezident, misal olaraq, əmək haqlarının qalxmasını və xarici yatırımların artımını göstərib.
XS
SM
MD
LG