Accessibility links

Türkiyədə baş örtüklərini qadağan edən qanunun ləğvi ilə bağlı konstitusiya düzəlişi təsdiq edildi


Türkiyə parlamenti qadınların universitetlərdə baş örtüklərini qadağan edən qanunun ləğvi barədə konstitusiya düzəlişini təsdiq edib. Bu gün 411 lehinə, 103 əleyhinə səslə keçirilən ikinci və sonuncu səsvermənin nəticəsi olan düzəliş heç kimin ali təhsil almaq hüququnun əlindən alına bilməyəcəyinə təminat vermiş olur. Qanunvericilər bundan əlavə bütün Türkiyə vətəndaşlarına dövlət və onun təsisatları tərəfindən bərabər münasibət göstərilməsi barədə də düzəlişi təsdiq ediblər.

Qeyd eədk ki, bu düzəlişlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və sağ cinah - Millətçi Hərəkatı Partiyasının dəstəklədiyi islahatlar paketinin bir hissəsidir. Ankarada düzəlişlərə etiraz olaraq on minlərlə isnanın iştirakı ilə aksiya təşkil edilib.

XS
SM
MD
LG