Accessibility links

Ehud Olmert hücumlarda əli olanların cəzalandırılacağına söz verib


Qəzzadan İsrailin cənubuna atılan raket nəticəsində bir yeniyetmə oğlanın ayağının itirməsindən sonra İsrailin baş Ehud Olmert hücumlara səbəbkar şəxslərin cəzalandırılacağına söz verib. Cənab Olmert bu gün kabinet nümayəndələrinə deyib ki, İsrail terror əməliyyatları həyata keçirənləri və onların arxasında duranları hədəfə almaqda davam edəcək.

İsrailin səhiyyə işçilərinin məlumatına görə, gənc oğlan ayağını dünən Fələstin yaraqlılarının Qəzzadan İsrailin Şderot şəhərini raket atəşinə tutması nəticəsində itirmiş və oğlanın kiçik qardaşı da yaralanmışdır.

Fələstindən alınan xəbərdə bildirilir ki, bu hadisədən sonra Qəzza Zolağındakı hədəflər İsrail hava qüvvələri tərəfindən atəşə məruz qalmış, nəticədə bir Həmas yaraqlısı öldürülmüş, üçü yaralanmışdır.

XS
SM
MD
LG