Accessibility links

Danimarka qəzetləri yenidən karikatura çapına başlayıb


Danimarkanın əsas qəzetləri iki il əvvəl beynəlxalq ictimaiyyətin sərt reaksiya göstərdiyi Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc edib. Gündəlik qəzetlərin redaktorlarının sözlərinə görə, qəzetlərin bunu yenidən cap etməsi karikaturanı çəkən Kört Vesterqarda qarşı sui-qəsd planına cavabdır. Dünən Danimarka polisi haqqında məlumat verilmiş sui-qəsdlə əlaqəsi olan 3 şübhəlini saxladığını bildirib. Danimarka Kəşfiyyat xidmətinin direktoru Yakob Şarf deyib ki, saxlanılanlardan 2-si Tunisli, biri isə Mərakeş əsilli Danimarka vətəndaşıdır.
XS
SM
MD
LG